SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Mixeil Saakaşvili Ukraynadakı vəzifəsindən azad olunacaq

KİV: Mixeil Saakaşvili Ukraynadakı vəzifəsindən azad olunacaq
22-04-2021, 14:12

Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin İslahatlar üzrə Milli Şurasının rəhbəri, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili arasında münasibəltər gərginləşib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Bildirilib ki, Ukrayna lideri M.Saakaşvilinin fəaliyyətindən narazıdır və onun vəzifəsinin öhdəsindən gəlməməsinə işarə edib.

KİV Gürcüstanın sabiq prezidentinin Ukraynada tutduğu vəzifəsindən azad olunacağını istisna etmir. Yayılan məlumatlara əsasən, Gürcüstan prezidenti Salome Zurabişvili M.Saakaşvilinin dövlət vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə Kiyevə səfər etməyi planlaşdırır. V.Zelenskinin bu şərti qəbul etdiyi bildirilir.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin mayında Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin olunub. Bu təyinat Gürcüstanda ciddi narazılıqla qarşılanıb və ikitərəfli münasibətlərdə soyuqluq yaradıb. Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze bir ilə yaxındır bu məsələ ilə bağlı məsləhətləşmələrin aparılması üçün Tbilisiyə çağırılıb. Diplomatın yaxın zamanlarda Kiyevə dönəcəyi gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31