SON DƏQİQƏ

naxcivanxeberleri.com

Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir

Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir
17-04-2021, 23:30

Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Yelisey sarayının Fransa liderinin Ukrayna prezidenti Volodimir Zelenski ilə aprelin 16-da baş tutmuş danışıqlarının nəticəsinə əsasən rəsmi məlumatında bildirilir.

"Fransa Respublikasının prezidenti yaxın vaxtlarda prezident Vladimir Putinlə danışıqlar aparacaq", - bəyanatda deyilir.

Ukrayna lideri ilə danışıqlara gəlincə, Fransa prezident administrasiyası bildirib ki, Makron Zelenskini rəsmi Parisin Ukraynanın suverenliyini qorumaq öhdəliyinə, eyni zamanda Parisin bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə əhəmiyyət verməsinə əmin edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31