SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb

Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb
15-04-2021, 14:22

Rusiya bu gündən iyulun 1-dək, koronavirusla mübarizə üzrə federal operativ qərargahın qərarına əsasən, Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb və Tanzaniyaya uçuşları tamamilə bağlayıb.

uNAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, qərar bu ölkələrdəki koronavirusla əlaqədar vəziyyətə görə verilib.

Qərargahın qərarına əsasən, Rusiya ilə Türkiyə arasında bütün yük-sərnişin, çarter və demək olar ki, bütün müntəzəm uçuşlar dayandırılıb.

Yalnız Moskva və İstanbul arasında müntəzəm uçuşlar qalacaq, lakin icazə verilən uçuş vaxtı həftədə dörd dəfəyədək endirilib. İki ölkənin aviaşirkətlərinin hərəsi iki uçuş təşkil edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031