18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
14:00 - Çexiya 18 rus diplomatının ölkədən çıxarır
13:14 - Ağdamın Saybalı kəndi
13:00 - Sabahın hava proqnozu açıqlanıb
12:45 - Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
Azərbaycan erməni hərbi qulluqçunun meyitini qarşı tərəfə təhvil verib
Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərinin bugünkü axtarışları nəticəsiz olub.
Bu barədəErmənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Cəbrayılda aparılan axtarışlar zamanı müharibədə itkin düşmüş heç bir hərbi qulluqçu tapılmayıb. Lakin qeyd edilir ki, Azərbaycan tərəfi Ermənistana Füzulidə tapılmış erməni hərbi qulluqçunun meyitini təhvil verib. Müharibə zamanı məhv edilmiş hərbçinin şəxsiyyəti ekspertizanın nəticəsindən sonra müəyyənləşdiriləcək.
Bununla da Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatıb.
Xatırladaq ki, itkin erməni hərbçilərin valideynləri, habelə digər doğmaları Qarabağda övladlarının axtarışlarından narazı qalıblar. Onlar bu səbəbdən dəfələrlə Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bundan sonra axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub.