SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədən Azərbaycana polad ixracı artıb

Türkiyədən Azərbaycana polad ixracı artıb
7-04-2021, 22:45

2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq 24,127 milyon dollar təşkil edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mart ayında polad ixracı 2020-ci illə müqayisədə 1 faiz artaraq 7,954 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 22,5 faiz artıb və 3,813 milyard dollara bərabər olub.

Qeyd edək ki, son 12 ay ərzində (mart 2020 - mart 2021) Türkiyənin polad ixracı 13,313 milyard dollara bərabər olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930