SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə ordusu PKK-nın daha 9 terrorçusunu zərərsizləşdirib

Türkiyə ordusu PKK-nın daha 9 terrorçusunu zərərsizləşdirib
6-04-2021, 15:00

Türkiyə Silahlı Qüvvələri Suriyada “Barış pınarı” (“Sülh bulağı”) bölgəsinə daxil olmaq istəyən PKK/YPG-PYD terror qruplaşmasının 9 üzvü zərərsizləşdirib.

NAXCİVANXEBERLERİ.COM “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman komandolarımız PKK/YPG terror qruplaşmasına daha bir zərbə vurub. “Barış pınar”ı bölgəsinə hücum etmək istəyən 9 terrorçu xain əməllərinə çatmadan qəhrəman komandolarımızın gecə keçirdikləri əməliyyat nəticəsində zərərsizləşdirilib”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, “Barış pınarı” anititerror əməliyyatı 2019-cu il oktyabrın 18-də başlayıb. Suriyanın Hələb, Haseke, Rakkanın şimalı hissəsi, Suriya-Türkiyə sərhədi “Barış pınarı” bölgəsi adlanır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031