SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT-nin baş katibi İranın nüvə sazişi ilə bağlı Vyanada yeni danışıqların başlamasını alqışlayır

BMT-nin baş katibi İranın nüvə sazişi ilə bağlı Vyanada yeni danışıqların başlamasını alqışlayır
5-04-2021, 23:14

BMT-nin baş katibi Antoniu Quterreş İranın nüvə sazişi üzrə Birgə Komissiyanın aprelin 6-na planlaşdırılmış iclasını alqışlayır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu brifinq zamanı BMT -nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının bütün üzvlərinin bu vacib beynəlxalq razılaşmanı qorumaq üçün konstruktiv dialoq aparmaq və diplomatiyanı məsələyə cəlb etmək üçün göstərdikləri səyləri alqışlayırıq".

Qeyd edək ki, aprelin 2-si İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının üzvləri virtual görüş keçiriblər. Tərəflər ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmasının perspektivlərinə müsbət təsir etməyə hazır olduqlarını və nüvə sazişinin qorunması üzrə öhdəliklərini təsdiqləyiblər. Nüvə sazişi üzrə komissiyanın növbəti iclası aprelin 6-sı Vyanada keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31