SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Məclisin sədri Salome Zurabişvilinin inauqurasiyasında iştirak etmək üçün Gürcüstana gedib

Milli Məclisin sədri Salome Zurabişvilinin inauqurasiyasında iştirak etmək üçün Gürcüstana gedib
16-12-2018, 12:33

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvilinin bu gün keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Tbilisi beynəlxalq hava limanında parlament sədrini Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qarşılayıb.

O.Əsədovun başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov daxildir.

Tbilisi hava limanında Azərbaycan nümayəndə heyəti və L.Darsalia arasında qısa görüş keçirilib. L.Darsalia O.Əsədova Gürcüstana səfər etdiyinə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, gələcəkdə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Gürcüstanın beşinci prezidenti S.Zurabişvilinin andiçmə mərasimi Telavi şəhərində saat 15:00-da keçiriləcək.

Daha əvvəl Gürcüstan müxalifəti yeni prezidentin inauqurasiya gününə etiraz aksiyası planlaşdırdığını elan etmişdi.(Report)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031