SON DƏQİQƏ

naxcivanxeberleri.com

Britaniyada iyulun sonunadək yaşlı vətəndaşların hamısı peyvəndlənəcək

Britaniyada iyulun sonunadək yaşlı vətəndaşların hamısı peyvəndlənəcək
29-03-2021, 19:53

Böyük Britaniya hakimiyyəti iyul ayının sonlarına qədər bütün yetkin yaşlı vətəndaşları peyvəndləməyi planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM BBC telekompaniyasına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib.

“Artıq Birləşmiş Krallıqda 30 milyondan çox insan vaksinasiya olunub. Bu, fenomenal nailiyyətdir”, - deyə Mett Henkok özünün “Twitter” səhifəsində yazıb.

Martın 28-nə olan məlumata əsasən, 30 milyon 151 min 287 britaniyalı azı bir doza peyvənd vurdurub ki, bu da Böyük Britaniyanın yetkin yaşlı əhalisinin yarıdan çoxunu təşkil edir.

Britaniyanın səhiyyə nazirinin sözlərinə görə, iyul ayının sonlarına qədər bütün yetkin yaşlı vətəndaşların peyvənd olunması nəzərdə tutulur.

Xatırladaq ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, Böyük Britaniyada COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 333 mini ötüb, 126 min 592 nəfər isə həyatını itirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930