SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qazaxıstanda bir gündə dörd zəlzələ qeydə alınıb

Qazaxıstanda bir gündə dörd zəlzələ qeydə alınıb
24-03-2021, 18:42

Qazaxıstanın Seysmik Stansiyalar şəbəkəsi vasitəsi ilə bir gündə dörd zəlzələ qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, martın 24-də Almatı vaxtı ilə saat 01:36-da qeydə alınan zəlzələnin episentri şəhərdən cənub-qərbdə, 730 kilometr məsafədə Tacikistan və Əfqanıstan sərhədində yerləşir. Zəlzələ 10 kilometr dərinlikdə 5.0 bal gücündə qeydə alınıb.

Növbəti təkan saat 03:14-də Almatı şəhərindən 369 kilometr cənub-şərqdə Çin ərazisində 15 kilometr dərinlikdə qeydə alınıb.

Üçüncü zəlzələ 4.2 bal gücündə saat 06:04-də baş verib. Zəlzələnin episentri Almatı şəhərindən 375 kilometr cənub-şərqdə Çinin 5 kilometr dərinliyində olub.

Almatı vaxtı ilə saat 13:03-də qeydə alınan dördüncü yeraltı təkanın episentri şəhərdən 249 kilometr şimal-şərqdə 15 kilometr dərinlikdə yerləşir.

Qazaxıstanın Tekeli və Taldkorqan şəhər sakinləri 2-3 bal gücündə yeraltı təkanları hiss ediblər.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar haqda məlumat verilməyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930