SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda Seçki Məcəlləsinə dəyişiklik olunacaq

Ermənistanda Seçki Məcəlləsinə dəyişiklik olunacaq
24-03-2021, 18:15

Ermənistanda iqtidarda olan “Mənim addımım” koalisiyası bu il iyunun 20-də nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinədək proporsional sistemə keçməklə bağlı Seçki Məcəlləsinə müvafiq dəyişiklik etmək niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdəki hökumət saatı zamanı baş nazir Nikol Paşinyan bildirib.

“Biz parlamentdə “Parlaq Ermənistan” və “Firavan Ermənistan” qrupları ilə siyasi məşvərətlər keçirərək erkən seçkilərə getmək qərarına gəldik. Həmkarlarımız Seçki Məcəlləsini dəyişdirib tamamilə proporsional sistemə keçməyimizə qarşı çıxmayacaqlarını bildirdilər və biz də bunu etmək fikrindəyik. Yəni onlar bunun lehinə səs verməyəcəklər, amma qarşı da çıxmayacaqlar”, – hökumət başçısı qeyd edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930