SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Boeing” qəzaya düşən təyyarənin istehsalını məhdudlaşdırır

“Boeing” qəzaya düşən təyyarənin istehsalını məhdudlaşdırır
6-04-2019, 19:22

Amerikanın “Boeing” aviaşirkəti 737 MAX modelindən olan sərnişin təyyarələrinin istehsal həcmini aya 52-dən 42-ə salmaq niyyətindədir.

Bu haqda aviaşirkətin saytında qeyd olunub.

Müvəqqəti qərar laynerlərin tədarükünün dayandırılması ilə əlaqədardır. İstehsal artıq aprel ayının ortalarından etibarən azaldılacaq.

Habelə şirkət əmin edir ki, istehsal prosesinin zəifləyəcəyinə baxmayaraq, bir nəfər işçi belə işçi ixtisar olunmayacaq.

Qeyd edək ki, son yarım il ərzində “Boeing” 737 MAX avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.

Xatırladaq ki, mart ayının 10-da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. Qurbanlar arasında 33 ölkənin vətəndaşları yer alır.

Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930