SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə mediası: Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırdı

Türkiyə mediası: Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırdı
21-03-2021, 16:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaqları Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Türkiyə mediası xəbəri “Azərbaycan Prezidenti Əliyev Şuşada Novruz tonqalını alovlandırdı” kimi sərlövhələrlə təqdim ediblər. Bundan başa, məlumatlarda dövlətimizin başçısının Şuşa şəhərindəki çıxışından bəzi mühüm fikirlər də türkdilli oxuculara çatdırılıb. Prezident İlham Əliyevin “Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik” fikri bir çox media orqanları tərəfindən başlığa çıxarılıb.

Anadolu və DHA xəbər agentlikləri, “CNN Türk”, “Haber türk”, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanallarında, eləcə də “Yeni Şafak”, “Hürriyet”, “Cumhuriyet”, “Takvim” və digər qəzetlərin saytlarında da yerləşdirilən məlumatlar orijinal videomateriallar və fotolarla təqdim olunub. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031