SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir

Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
8-03-2021, 09:19

Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa İttifaqının aprel ayından etibarən hər ay müxtəlif istehsalçılardan təxminən 100 milyon doza koronavirus peyvəndi alacağını gözləyir.

NAXCİVANXEBERLERİ.COM-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə komissiya sədri "Stuttgarter Nachrichten" qəzetində dərc olunan müsahibəsində deyib.

"Aprel ayından etibarən [peyvənd dozalarının] sayı istehsalçıların planlaşdırdığına əsasən iki qat artacaq" - fon der Layen bildirib. Onun sözlərinə görə, bu, xüsusilə Aİ-də yeni peyvəndlərin istifadəsinin təsdiqlənməsi ilə bağlıdır.

Martın 11-də Avropa dərman vasitələri agentliyi (EMA) "Johnson & Johnson" istehsalı olan vaksinin təsdiqlənməsini tövsiyə etməyi planlaşdırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930