09:42 - Bu gün 17679 şagird buraxılış imtahanı verəcək
09:37 - Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri
09:30 - Zəngilanın Nəcəflər kəndi - VİDEO
09:28 - Rəcəbov və Məmmədyarovun Aronyanla görüşünün vaxtı bilindi
09:18 - Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
09:10 - Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
09:00 - “Xalq yaradıcılığı günləri”nə start verilib
00:30 - Günün qoroskopu
23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Yaponiyanın nüfuzlu “fnn.jp” portalı erməni silahlılarının Azərbaycanın Xocalı şəhərində 29 il əvvəl törətdiyi soyqırımı ilə bağlı məqalə yayıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, portalın İstanbul bürosunun rəhbəri tərəfindən hazırlanan məqalədə yapon jurnalistin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfəri barədə məlumat verilir. Dağlıq Qarabağa səfər edən jurnalist Xocalı şəhəri yaxınlığında olduqlarını da qeyd edir. Bildirir ki, 29 il əvvəl məhz Xocalı şəhərində mülki əhaliyə qarşı soyqırımı törədilib.
Erməni yaraqlılarının silahsız azərbaycanlılara qarşı törətdiyi qırğının qətliam olduğu vurğulanan yazıda nəticədə 613 nəfərin həlak olduğu, qadınların və uşaqların onların əksəriyyətini təşkil etdiyi qeyd edilir. Faciənin şahidi olmuş ananın 8 yaşlı qızını şaxtalı havada dağlardan keçərkən itirdiyi və onu qonşu şəhərdəki məscidin yaxınlığında dəfn etdiyi bildirilir. Həmin ananın sözləri sitat gətirilir: “O zaman mən 8 yaşlı qızımın əlindən tutaraq qaçmağa məcbur oldum, hücum başladığına görə qızımı bədənimlə örtməyə çalışırdım. Onu güllələrdən nə qədər qorumağa çalışsam da, buna nail ola bilmədim. Qızımı həmişəlik itirdim”.
Məqalədə 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, cəmi 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal edilmiş əraziləri tamamilə azad edib. Bu, həmin əraziləri yenidən bərpa etməyə və insanların öz ata-baba yurdlarına qayıtmasına imkan yaradıb.