18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
14:00 - Çexiya 18 rus diplomatının ölkədən çıxarır
13:14 - Ağdamın Saybalı kəndi
13:00 - Sabahın hava proqnozu açıqlanıb
12:45 - Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
Ay ətrafında uçmaq üçün həvəskarlar axtarılır
Yaponiyanın ZOZOTOWN geyim onlayn satışı servisinin təsisçisi, milyarder Yusaku Maezava onunla bir yerdə Ay ətrafında səyahətə getməyi arzulayanları dəvət edib.
NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, dünənki videomüraciətində yaponiyalı iş adamı “Aya ilk mülki missiyası göndərmək” məqsədi daşıyan “dearMoon” layihəsi çərçivəsində “Space X” şirkətinə məxsus “Starship” fəza gəmisində bir həftə ərzində Aya doğru uçaraq ətrafına dolanıb geri qayıtmaq üçün 8 nəfərlik heyət topladığını açıqlayıb.
Ağır rok musiqisi və “Starship”in qalxması görüntülərinin müşayiətilə səsləndirilən videomüraciətində həmçinin “Space X” şirkətinin təsisçisi və rəhbəri İlon Mask da bu missiyaya dəstəyini bildirir: “Məncə, biz həqiqi fərq yaradacağıq”.
“Sizi bu missiyada mənə qoşulmağa dəvət edirəm. Dünyanın hər yerindən səkkiz nəfəri. Missiya iki ildən sonra, 2023-cü ildə həyata keçəcək. Hər cür mənsubiyyətə malik olanların qoşulmasını istərdim”, - deyə Y.Maezava müraciətində qeyd edir.
Missiyada iştirak etməyi arzulayanların 14 mart tarixinədək ilkin qeydiyyatdan keçərək seçimə qəbul ediləcəkləri bildirilir. Martın 21-də aparılacaq ilkin seçimdən və onlayn müsahibədən keçənlər may ayının sonunda yekun müsahibə və tibbi seçimdən də keçməli olacaqlar.
Qeyd edək ki, “dearMoon” layihəsi hələ 2018-ci ildə elan olunaraq Aya uçmaq üçün sənətkarlar dəvət olunmuşdu. Həmçinin cari ilin əvvəlində Y.Maezava “Aya ilk qadın səyahəti” üçün elan etdiyi qız dostlar müsabiqəsi (girlfriend contest) geniş mənfi əks-səda doğurmuşdu.