SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya Səhiyyə Nazirliyi ölkədə COVID-19 pandemiyasının bitmə tarixini açıqladı

Rusiya Səhiyyə Nazirliyi ölkədə COVID-19 pandemiyasının bitmə tarixini açıqladı
3-03-2021, 14:11

Rusiya Səhiyyə Nazirliyinin Həkimlərin Elmi Tibb Cəmiyyətinin baş katibi Andrey Malyavin bildirib ki, ölkədə koronavirus pandemiyası bu ilin ortalarında başa çata bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Moskva 24” bildirib.

O, əmindir ki, buna vaksinləmənin və əhalinin immunitetinin formalaşmasının köməyi ilə nail olmaq mümkün olacaq.

"Düşünürəm ki, ilin ortalarında praktik olaraq pandemiyaya qalib gələcəyik", - Malyavin qeyd edib.

O xatırladıb ki, kollektiv immunitetin formalaşmasında həm də xəstəliyi simptomsuz formada keçirən xəstələr də iştirak edirlər.

Malyavinin sözlərinə görə, yaxın vaxtlarda insanları infeksiya ilə birbaşa mübarizə üçün antivirus preparatının yaranmasını gözləmək lazım deyil.

Daha əvvəl Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, ölkədə koronavirusdan kollektiv immunitet 2021-ci ilin avqustuna yarana bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930