SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Eurovision-2021” məhdud səviyyədə keçiriləcək

“Eurovision-2021” məhdud səviyyədə keçiriləcək
2-03-2021, 23:13

“Eurovision-2021” mahnı müsabiqəsi oflayn formatda keçiriləcək, amma nümayəndə heyətləri, jurnalistlərin sayı azaldılacaq, tamaşaçıların buraxılmasına dair isə hələ qərar verilməyib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, "Eurovision"un rəsmi saytındakı açıqlamaya görə, bu il sayca 65-ci dəfə keçiriləcək dünyanın ən böyük canlı musiqi müsabiqəsini “B” variantında, yəni məhdud şəkildə, ciddi səhiyyə təhlükəsizliyi tədbirləri görülməklə keçirmək nəzərdə tutulur.

Məsələyə dair qərarın bu yaxınlarda Eurovision müsabiqəsinin rəhbər qurumu olan səlahiyyət qrupu, habelə Avropa Yayım Birliyi İcraiyyə Şurası tərəfindən verildiyi qeyd olunur.

“B” variantı çərçivəsində hər nümayəndə heyətində üzv sayının həmişəkinə nisbətən az olacağı, müsabiqəyə gələn jurnalistlərin 500 nəfərdən çox olmayacağı, daha 1 000 müxbirin xüsusi mətbuat mərkəzində çalışa biləcəyi də bildirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930