SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb

Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
2-03-2021, 16:47

Ukraynanın “5 kanal” telekanalında Xocalı soyqırımı ilə bağlı xüsusi reportaj yayımlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, reportajda 1992-ci ildə Xocalı şəhərinin blokadaya alındığı və sonra oraya hücumun edildiyi bildirilib.

Ukraynalı jurnalist faciə zamanı ermənilərin insanlıq və bəşəriyyət əleyhinə törətdikləri müharibə cinayətləri barədə Xocalı soyqırımı şahidlərinin fikirlərini öyrənib. Reportajda bildirilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

Ukraynalı jurnalist vurğulayıb ki, Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını işğaldan azad edib.

Reportajda Ağdam şəhəri, ermənilərin şəhəri necə viran qoyması ilə bağlı görüntülər də yer alıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930