SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlk kosmik hotelin inşası 2025-ci ilə planlaşdırılır

İlk kosmik hotelin inşası 2025-ci ilə planlaşdırılır
2-03-2021, 17:12

“Orbital Assembly Corporation” (OAC) korporasiyası 2025-ci ildə aşağı Yer orbitində “Voyager” ilk kosmik hotelinin tikintisinə başlayacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Hotel artıq 2027-ci ildə istismara verilə bilər. O, böyük halqa şəklində və Aydakı kimi olacaq süni cazibə yaratmaq üçün dönəcək. Hotel restoranlar, barlar, idman zalları, kinoteatrlar, spa salonlar ilə təchiz ediləcək və orada eyni zamanda 400 nəfər qalacaq.

Hələlik inşaatın dəyəri və hoteldə 1 gecəlik qalma xərci açıqlanmayıb. Lakin “Voyager”in fırlanan halqanın xaricinə bərkidilən kapsullarla təchiz ediləcəyi məlumdur. Kapsulaların bir hissəsi müxtəlif tədqiqatlar məqsədi üçün kosmik agentliklərə satılacaq.

Daxili halqa kosmik gəmilər, sərnişinlər və yüklərin boşaldılması üçün “park yeri” olacaq. Halqanın yaşayış sahəsində isə yalnız nömrələr deyil, həm də idman zalı, mətbəx, restoran, bar və ekipaj üçün yerlər olacaq. Kosmik istirahət həvəskarları özəl villa üçün 20x12 metrlik modullar ala biləcəklər, iş adamları isə orbitdə iş aparmaq üçün modullar əldə edə biləcəklər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930