SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ hələlik öz peyvəndini digər ölkələrlə bölüşməyəcək

ABŞ hələlik öz peyvəndini digər ölkələrlə bölüşməyəcək
2-03-2021, 14:00

Birləşmiş Ştatlar bütün amerikalılar peyvənd olunmayınca koronavirus vaksinini başqa ölkələrlə bölüşməyi planlaşdırmır.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Jurnalistlər Psakidən Ağ Evin Meksikanın vaksinlərin verilməsi ilə bağlı mümkün sorğusuna baxıb-baxmaması barədə soruşublar. “Yox”, - deyə Cen Psaki cavab verib.

"ABŞ prezidenti aydın şəkildə bildirdi ki, o, vaksinlərin bütün amerikalılar üçün əlçatan olmasına fokuslanıb", - Ağ Ev rəsmisi brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ üçün əvvəlcə öz vətəndaşlarını peyvənd etmək əhəmiyyətlidir. Bu hədəf nə vaxt yerinə yetirilsə, Vaşinqton sonrakı addımları müzakirə etməyə başlaya bilər.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930