SON DƏQİQƏ

naxcivanxeberleri.com

Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib

Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
1-03-2021, 20:32

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, silahlı qüvvələrin baş qərargah rəisinin onun istefası barədə bəyanatı sabiq prezident Serj Sarkisyanın təsirinin nəticəsidir.

NAXCİVANXEBERLERİ.COM Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan bunu martın 1-də Respublika meydanında keçirilən mitinq zamanı bildirib.Paşinyan qeyd edib: “Açıq demək istəyirəm ki, baş qərargahın bəyanatı keçmiş hakimiyyətin, o cümlədən Serj Sarkisyanın təsirinin nəticəsidir. Baş qərargahın rəisi öz bəyanatı ilə qanunu pozub və istefa verməlidir. Bu qaçılmaz olsa da, o demək deyil ki, bundan sonra silahlı qüvvələrin sıralarında qan düşəcək. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930