23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb
“Android” əməliyyat sistemi üçün nəzərdə tutulan pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb.
NAXCİVANXEBERLERİ.COM “Kommersant”a istinadən xəbər verir ki, söhbət əsas auditoriyası internet-resursların əngəlinin mütəmadi olduğu Rusiya, Çin və Yaxın Şərq dövlətləri olan “Super VPN”, “Gecko VPN” və “Chat VPN” proqramlarından gedir.
Bildirilib ki, informasiya bazasında e-poçt ünvanları, login və şifrələr, habelə premium hesablar üçün ödənişlər barədə məlumatlar var. Bəzi hallarda cihazlar haqqında da məlumat mövcuddur – onların modeli və seriya nömrələri.
Mütəxəssislərin fikrincə, bu məlumatlar fişinq göndərişləri, habelə istifadəçinin veb-sessiyalarının məlumatlarını ələ keçirmək və şəbəkə üzərindən onlara ötürülmüş parolları və bank kartı məlumatlarını oğurlamaq üçün istifadə edilə bilər.
Xatırladaq ki, Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda sentyabrın 27-dən noyabrın 12-dək internetin fəaliyyətində məhdudiyyətlər və fasilələr tətbiq edilirdi. Həmin ərəfədə ölkədə məhdudiyyətdən yayınmaq üçün minlərlə smartfon istifadəçisi pulsuz VPN proqramlarına üz tutub.