SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ən qədim titanozavr qalıqları aşkarlandı

Ən qədim titanozavr qalıqları aşkarlandı
1-03-2021, 17:43

Argentinanın cənubunda yerləşən Pataqoniya bölgəsində dünyanın ən qədim titanozavr qalıqları aşkarlanıb.

NAXCİVANXEBERLERİ.COM AFP-yə istinadən xəbər verir ki, “Ameghiniana” nəşrində dərc olunmuş tədqiqata əsasən, 140 milyon il əvvəl yaşadığı güman edilən 65 fut (20 metr) uzunluğunda titanozavrın (Ninjatitan zapatai) cəsədi Neuken əyaləti ərazisində 2014-cü ildə aparılmış qazıntılar zamanı aşkarlanıb.

“Bu tapıntının əsas əhəmiyyəti titanozavrların yeni növü olmasından savayı, həm də bu qrupun dünya boyu ən qədim təmsilçisi olmasıdır”, - La Matanza Universitetinin tədqiqatçısı Pablo Qallina bildirib.

Açıqlamaya görə, təbaşir dövrünün (Cretaceous period) əvvəllərinə aid olan yeni tapıntı titanozavrların əvvəlki mülahizəyə nisbətən xeyli əvvəl yaşadığını ortaya çıxarır.

Titanozavrlar Yer kürəsində bütün zamanların ən böyük heyvanı olduğu güman edilən, bitkilə qidalanan nəhəng kərtənkələlər olan Sauropod alt qrupuna aid edilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930