SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tailandda Xocalı soyqırımı qurbanları yad edilib

Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
27-02-2021, 21:11

Tailand Krallığında yaşayan azərbaycanlı iş adamı, Azərbaycan diasporunun fəal üzvü Gündüz Qasımlının təşəbbüsü ilə Kathu bələdiyyəsinin inzibati binasında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Azərbaycan, Pakistan icmalarının və yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Gündüz Qasımlı Xocalı soyqırımı barədə ətraflı məlumat verib, bu faciəni Azərbaycan tarixində ən qanlı hadisələrdən biri adlandırıb. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri qətliam yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı cinayətdir. Xalqımızın bu dəhşətli cinayətin unudulmasına yol verməyəcəyi, Xocalı soyqırımına beynəlxalq birliyin hüquqi-siyasi qiymət verməsi, erməni cinayətkarlarının məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan dövlətinin, xaricdəki diaspor təşkilatlarının və soydaşlarımızın birlikdə davamlı fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Tədbir çərçivəsində yaradılmış guşədə Xocalı soyqırımına aid fotoşəkillər nümayiş etdirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930