SON DƏQİQƏ

naxcivanxeberleri.com

Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərəcək

Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərəcək
27-02-2021, 19:42

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidenti Armen Sarqsyana göndərəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.

"Prezident baş nazir aparatına Baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi geri göndərmək barədə qərar qəbul etdi. Bu addım yaranmış vəziyyətin həllinə imkan yaratmır. Mən sənədin lazımi qaydada imzalanacağını gözləməklə yenidən Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi prezidentə göndərirəm", - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb. Layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930