SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır

Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
27-02-2021, 10:36

Çexiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 1-dən etibarən ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, növbəti 3 həftə müddətində sakinlərə yaşadıqları rayonun hüdudlarını tərk etmək qadağan olunacaq.

Bu qadağa yalnız işlə bağlı səfərlərə və tibbi məqsədlərlə gediş-gəlişə şamil olunmayacaq. Eyni zamanda ölkədə pandemiya ilə bağlı fövqəladə vəziyyət rejiminin müddəti martın 28-dək uzadılıb.

Qeyd edək ki, Çexiyada bu günədək 1,2 milyondan çox şəxs koronavirusa yoluxub, 20 minə yaxın xəstə ölüb. Son iki həftədə ölkədə 133 mindən çox yoluxma qeydə alınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930