09:51 - 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
09:42 - Bu gün 17679 şagird buraxılış imtahanı verəcək
09:37 - Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri
09:30 - Zəngilanın Nəcəflər kəndi - VİDEO
09:28 - Rəcəbov və Məmmədyarovun Aronyanla görüşünün vaxtı bilindi
09:18 - Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
09:10 - Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
09:00 - “Xalq yaradıcılığı günləri”nə start verilib
00:30 - Günün qoroskopu
23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Ermənistan prezidenti Onik Qasparyanla görüşüb
Rusiya və Azərbaycan dost ölkələrdir.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
"İşğaldan azad edilən ərazilərin bərpa işində Rusiya şirkətlərinin iştirakı barədə mən artıq bəyanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir. Buna görə təbii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var.