SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib

Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib
26-02-2021, 17:55

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatını geri qaytarmayıb.

NAXCİVANXEBERLERİ.COM “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin administrasiyası məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın istefasını tələb edənlər prezidentin təqdimatı baş nazirə qaytardığını iddia edib.

Baş nazir aparatının mətbuat katibi Mane Gevorkyan da sənədi geri almadıqlarını bildirib.

Qeyd edək ki, fevralın 25-də Nikol Paşinyan Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı Armen Sarkisyana təqdimat göndərib. O hələ ki bu sənədi imzalamayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930