SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Bütün Pakistan Qəzetləri Cəmiyyəti” Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş infoqramlar yayıb

“Bütün Pakistan Qəzetləri Cəmiyyəti” Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş infoqramlar yayıb
26-02-2021, 15:19

Xocalı soyqırımının 29-cu ildönümünün anılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Bütün Pakistan Qəzetləri Cəmiyyəti” (All Pakistan Newspapers Society - APNS) tərəfindən ingilis və urdu dillərində hazırlanmış infoqramları Pakistanın bir çox kütləvi informasiya vasitələri dərc edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, infoqramların başlığında Xocalı soyqırımından 29 il keçdiyi qeyd olunaraq, 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olduqları, şəhəri yerlə-yeksan etdikləri və əzəli Azərbaycan torpağı olan Dağlıq-Qarabağı işğal etdikləri bildirilib. İnfoqramlarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların sayı, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilib.

İnfoqramlarda o cümlədən, Xocalı Soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması tələbi də vurğulanıb.

Bütün Pakistan Qəzetləri Cəmiyyəti (APNS) Jang, Dawn, Nawa-i-Waqt kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla, özündə Pakistanın 170-ə yaxın nəşriyyat evi və şirkətini birləşdirən təşkilatdır. Sözügedən infoqramlar APNS-ə üzv olan əksər Pakistan qəzetlərində yayılıb. 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930