SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ İranın Suriyadakı hərbi obyektlərinə aviazərbələr endirdi

ABŞ İranın Suriyadakı hərbi obyektlərinə aviazərbələr endirdi
26-02-2021, 14:10

ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ABŞ administrasiyasının iki nümayəndəsinə istinadən 

“Reuters” agentliyi bildirib.

Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub. “Reuters” bildirib ki, ABŞ prezidenti Cozef Bayden hava zərbəsinin endirilməsini bəyənib.

Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyində bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub. Qeyd edilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.

"Politico" isə bildirib ki, ABŞ iranyönlü döyüşçülərin istifadə etdiyi binaya hava zərbəsi endirib. Zərbə nəticəsində bir neçə bina dağılıb. Pentaqon məlumatı təsdiqləyib.

Xatırladaq ki, fevralın 22-də Bağdadın “yaşıl zona” adlandırılan hissəsi raket atəşinə məruz qalıb. “Al Arabiya” telekanalının məlumatına görə, şəhərin bu hissəsində dövlət idarələri və xarici diplomatik nümayəndəliklər, həmçinin ABŞ səfirliyi yerləşir. Əraziyə azı üç reaktiv mərmi buraxılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930