SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiyada göyərtəsində 19 nəfər olan helikopter qəza enişi edib

Rusiyada göyərtəsində 19 nəfər olan helikopter qəza enişi edib
24-02-2021, 11:18

Rusiyanın Mi-8 helikopteri ölkənin şimalındakı Taymır bölgəsində məcburi qəza enişi edib.

NAXCİVANXEBERLERİ.COM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibirin Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova bildirib.

Onun sözlərinə görə, ekipaj üzvləri və sərnişinlərin qurtarılması üçün hadisə yerinə qəza-xilasetmə heyəti uçub.

Qorbunova bildirib ki, helikopter Duronoy gölü yaxınlığında yerə eniş edib. Onun göyərtəsində 16 sərnişin və 3 ekipaj üzvü var.

İlkin məlumata görə, yaralanan yoxdur. Prokurorluq uçuşun təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930