SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya ilk zərbə PUA-sını təqdim edib

Rusiya ilk zərbə PUA-sını təqdim edib
22-02-2021, 16:49

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2021 beynəlxalq silah sərgisində Rusiya öz istehsalı olan ilk zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Kronştadt" şirkətinin istehsalı olan "Orion-E" PUA-sı əsasən ixrac üçün nəzərdə tutulub.

Qeyd olunur ki, aparat müxtəlif konfiqurasiyalı silahla təchiz oluna bilər. Yerüstü idarəetmə stansiyası PUA-ları həm kəşfiyyat, həm də zərbə məqsədilə idarə edir.

"Orion-E" aparatının qanadlarının eni 16,3 metr, uçuş çəkisi 1000 kiloqramdır. 200 kiloqram yükqaldırma gücü olan aparatın uçuş müddəti 24 saat, döyüş radiusu 300 kilometrdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728