SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Twitter” ötən ili zərərlə başa vurub

“Twitter” ötən ili zərərlə başa vurub
10-02-2021, 14:29

ABŞ-ın sosial şəbəkə nəhəngi “Twitter” ötən ili 1,14 milyard ABŞ dolları məbləğində zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildə 1,47 milyard ABŞ dolları mənfəət əldə etmişdi.

NAXCİVANXEBERLERİ.COM bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ötən ilin IV rübündə “Twitter”in mənfəəti 87 % artaraq 222 milyon ABŞ dollara çatıb.

Ötən il ərzində “Twitter”in gəlirləri illik müqayisədə 7,8 % artaraq 3,72 milyard ABŞ dollara, ötən ilin son rübündə isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 1,29 milyard ABŞ dollara yüksəlib.

Bundan başqa, ötən il “Twitter”in aktiv istifadəçilərinin sayı illik müqayisədə 27 % artaraq 192 milyona qalxıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031