SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakı Limanında Türkiyədən və Çindən gələn ixrac yükləri aşırılıb

Bakı Limanında Türkiyədən və Çindən gələn ixrac yükləri aşırılıb
6-02-2021, 15:56

Türkiyənin artıq sayca üçüncü ixrac qatarı fevralın 6-da Bakı Limanına çatıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən (Bakı Limanı) bildirilib.

Tibbi və kimyəvi məhsullar daşıyan yük karvanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər 6 saat ərzində Bakı Limanında “Beket – Ata” fider gəmisinə yüklənərək Aktau limanına yola salınıb. Konteynerlər oradan Çinin Sian şəhərinə çatdırılacaq. Bu qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

Qeyd edək ki, “Beket - Ata” gəmisi bu gün Bakı Limanına çatıb və Çindən hər biri 40 futluq olmaqla 36 konteynerdən ibarət sənaye avadanlıqları (kompressorları) gətirib. Məlumat vermək istərdik ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limanına 2020-ci ilin 10 dekabr tarixində, ikinci konteyner qatarı isə 26 dekabr tarixində çatıb.

Əlavə olaraq qeyd edək ki, 2020-ci il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzərdənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 12,672 TEU konteyner daşınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31