SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baydenin xarici siyasətlə bağlı çıxışı təxirə salındı

Baydenin xarici siyasətlə bağlı çıxışı təxirə salındı
2-02-2021, 23:41

ABŞ prezidenti Cozef Baydenin ölkənin xarici siyasət kursu ilə bağlı geniş məzmunlu çıxışı fevralın 4-də baş tutacaq.

NAXCİVANXEBERLERİ.COM-un  məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə söyləyib.

“Biz prezidentin bu həftənin cümə axşamı Dövlət Departamentinə gələcəyini təsdiq edirik. O, Amerikanın dünyadakı rolunun bərpası ilə əlaqədar çıxış edəcək”-deyə, o bildirib.

Qeyd edək ki, “NBC News” telekanalı yüksək vəzifəli mənbəyə istinadən ABŞ prezidenti Cozef Baydenin fevralın 1-də ilk dəfə geniş məzmunlu nitqlə çıxış edəcəyi barədə məlumat vermişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31