SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanın hərbi analitiki: Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır

Ermənistanın hərbi analitiki: Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır
24-01-2021, 21:09

"Əgər döyüş itkilərinin hesablanması metodologiyası təqdim edilsəydi, Ermənistanın baş nazirinin müavininin müharibənin gedişatında demək olar dörd min nəfərin həlak olması haqqında bəyanatı etibarlı olardı”.

NAXCİVANXEBERLERİ.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə erməni hərbi analitiki Ayk Xaçikyan bildirib.

"Amma belə olduqda anlaşılmır ki, Dağlıq Qarabağdan olan, müharibədə ölən və dəfn edilən hərbi qulluqçular nəzərə alınıbmı", - deyə o qeyd edib.

“Mənim müşahidələrimə görə, erməni tərəfinin itkinləri altı min nəfərə yaxın olmalıdır", - Xaçikyan əlavə edib.

Qeyd edək ki, yanvarın 20-də Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 nəfərin həlak olması haqqında xəbər verib. Bu halda Ermənistan hakimiyyəti iddia edib ki, müharibədə ölənlərin sayı dörd min nəfəri ötmür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031