16:25 - Türkiyənin səhiyyə nazir: "Qadınlar bizi bağışlasın"
16:05 - İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
15:45 - Niderland səfiri Azərbaycan qadınlarını təbrik edib
15:25 - ABŞ Türkiyəyə 30 helikopterin Pakistana tədarükünün qarşısını alıb
15:15 - Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
15:00 - TÜRK ƏXLAQININ TƏNTƏNƏSİ: NİZAMİNİN QADINI
14:41 - Marsdan yeni fotolar yayımlanıb
14:30 - BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi
14:22 - “Azərbaycanla tək ürək olmağa davam edəcəyik” - Hulusi Akar
14:11 - Emin Əmrullayev: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir"
14:00 - Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
13:30 - “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
13:14 - DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO
12:52 - Zəngilanın Qaragöz kəndi - VİDEO
12:38 - Sabahın hava proqnozu açıqlanıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.
Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu barədə Azərbaycan Respubluikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır", - deyə Leyla Abdullayeva bildirib.