14:56 - Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirib
14:41 - Ermənistanın Azərbaycanın aqrar sahəsinə vurduğu ziyanın məbləği açıqlanıb
14:30 - Sabaha olan hava proqnozu
14:20 - Mövlud Çavuşoğlu Özbəkistan XİN başçısı ilə Qarabağı müzakirə edib
14:12 - Hərbçilərə növbəti əlavə ödənişlərin olması təklif edilir
14:00 - "Facebook Messenger"in işində problemlər yaranıb
13:50 - Dünyada koronavirusa yoluxanların son statistikası
13:40 - “WhatsApp” bəzi smartfonlarda işləməyəcək
13:30 - ABŞ və Yaponiya arasında Çinlə bağlı görüş keçiriləcək
13:21 - Azərbaycanda qızıl ucuzlaşıb
13:12 - Azərbaycanda 183 minə yaxın fermer payızlıq əkinlərə görə subsidiya alıb
13:00 - Azərbaycan nefti bahalaşmaqda davam edir
12:45 - Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
12:37 - Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı
12:30 - Bir ananın monoloqu...
Azərbaycanlı dənizçinin öldürüldüyü gəmi Qabonun limanında lövbər salıb
Ötən gün Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmış “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmi bu gün Qabonun “Gentil” limanında lövbər salıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu özünün tvitterdəki səhifəsində bildirib.
“Gəmimiz saat 11:00-da Qabonun “Gentil” limanında lövbər salıb”, - deyə nazir qeyd edib.
Adil Karaismayıloğlu hadisə zamanı həlak olan azərbaycanlı dənizçiyə rəhmət diləyib. O, qeyd edib ki, 15 dənizçinin Türkiyəyə qayıtması üçün bütün imkanlar səfərbər edilib.
Xatırladaq ki, dünən dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.