SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bağdad hava limanı raket atəşinə tutulub

Bağdad hava limanı raket atəşinə tutulub
23-01-2021, 17:17

Bağdad Beynəlxalq Hava Limanı ötən gecə raket atəşinə tutulub.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı yaxınlığına “Katyusha” yaylım atəş qurğusuna aid 3 raket düşüb. Bu barədə İraq Birləşmiş Əməliyyat Komandanlığı açıqlama verib. Raketlərdən biri Əl-Cihad dairəsindəki yaşayış evlərindən birinə maddi ziyan vurub. Hadisə nəticəsində zərərçəkən yoxdur.

Bu hücumun məsuliyyətini üzərinə götürən yoxdur. Bəzi ehtimallara görə, hücumun hədəfi yaxınlıqdakı ABŞ hərbi bazası olub.

Xatırladaq ki, cümə axşamı paytaxt bazarlarının birində kamikadze terrorçu tərəfindən iki bomba partladılması nəticəsində azı 32 nəfər ölmüş, onlarla yaralanan var.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728