21:52 - Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
21:08 - Naxçıvan dünən və bu gün
21:01 - Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
20:35 - Muxtar respublikada mülki müdafiə işinin təşkili diqqət mərkəzində saxlanılır
20:18 - Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
20:16 - Ermənistan prezidenti Onik Qasparyanla görüşüb
20:05 - Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
19:32 - Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
18:26 - Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı aktıdır
17:55 - Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib
17:30 - Erkan Özoral: "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir"
17:21 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17:12 - Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Hulusi Akar Məsud Bərzani ilə görüşüb
Türkiyə milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər İraqa səfər çərçivəsində Bağdaddan sonra Ərbilə gedib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar Ərbildə İraq Kürdüstan Regional Hökumətinin keçmiş başçısı və Kürdüstan Demokratik Partiyasının Məsud Bərzani ilə görüşüblər.
H.Akar görüşdə Ərbildə olmaqdan məmnuniyyət hissi duyduğunu bildirib: “Həm iraqlı qardaşlarımız, həm də region xalqı, həm də Türkiyə üçün problemlərimizi müzakirə etmək fürsəti tapacağıq. Problemləri birgə həll edə biləcəyimizə inanıram”.
Nazir H.Akar M.Bərzaniyə PKK-nın narkotik, silah və insan alveri ilə məşğul olan əliqanlı beynəlxalq terror təşkilatı olduğunu xatırladıb: “PKK-nın gerçək üzünü İraqda bir çoxları daha açıq şəkildə görür. PKK bölgə xalqının da düşmənidir. Bu terror təşkilatının bölgə xalqını, kürd qardaşlarımızı təmsil etmədiyini, əksinə, onları çıxılmaz duruma saldığını illərdir vurğulayırıq”.