SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə prezidenti islahata başlayacaqlarını açıqlayıb

Türkiyə prezidenti islahata başlayacaqlarını açıqlayıb
19-01-2021, 15:30

“İqtisadiyyat və hüquq sahələrində keçirəcəyimiz islahatlarla bağlı hazırlıqlarımızı ictimaiyyətə təqdim etməyin vaxtı çatıb”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Düzcə, Amasiya, Bartın və Karabük əyalət təşkilatlarının 7-ci növbəti konfranslarına canlı bağlantı zamanı çıxışında bildirib.

O, Türkiyəni 18 il əvvələ geri aparmaq istəyənlərə yarım əsrlik, bir əsrlik işlərlə cavab verəcəklərini bildirib: “İslahat gündəliyimizi formalaşdırmağa başladıq. İqtisadiyyatda və hüquqda atacağımız islahat addımları ilə bağlı hazırlıqlarımızın ictimaiyyətə təqdim olunması mərhələsi gəlib”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031