SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranın 30 şirkəti Qarabağın bərpasında iştirak etməyə hazırdır

İranın 30 şirkəti Qarabağın bərpasında iştirak etməyə hazırdır
18-01-2021, 14:51

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin 30 texniki və mühəndislik şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Konstruksiya Mühəndisliyi Təşkilatının (Construction Engineering Organization Ardabil) sədri Məhəmməd Rza Ənvəri deyib.

M.Ənvərinin sözlərinə görə, artıq bununla əlaqədar şirkət nümayəndələrinin bir neçə iclası təşkil olunub. Azərbaycan tərəfi elan etdikdən sonra şirkətlərin mühəndisləri nəzərdə tutulan ərazilərə göndəriləcəklər.

O, əlavə edib ki, Ərdəbil vilayətində fəaliyyət göstərən şirkətlər İranda böyük layihələr icra ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031