SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Kamaz” helikopterlə toqquşub

“Kamaz” helikopterlə toqquşub
16-01-2021, 16:01

“Dakar” – 2021 rallisinin yekun mərhələsində qeyri-adi hadisə baş verib.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən bildirir ki, yarışmada “KAMAZ” helikopterlə toqquşub.

Azarkeşlərdən biri insidenti videolentə alıb.

Yarışın xüsusi mərhələsində təşkilatçıların helikopteri birbaşa “KAMAZ-master” komandasının üzvü Anton Şibalovun yük maşını üzərindən uçmağa başlayıb. Bu anda yük maşını kiçik bir tramplin üzərində tullanaraq damı ilə helikopterin tirini vurub.

Zərbənin gücü o qədər də böyük olmadığından helikopter pilotusükanı itirməyib və dərhal yüksəlməyə başlayıb.

“KAMAZ”a gəldikdə, yük maşınının hava girişinə kiçik ziyan dəyib, ancaq bununla belə yarışçı xüsusi mərhələni tamamlamağı bacarıb. Nəticədə “KAMAZ”ın sürücüsü Anton Şibalov “Dakar” – 2021-də ikinci yeri tutub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728