SON DƏQİQƏ

naxcivanxeberleri.com

Donald Trampın sosial şəbəkə səhifələri açıldı

Donald Trampın sosial şəbəkə səhifələri açıldı
16-01-2021, 13:44

ABŞ Prezidenti Donald Trampın “Facebook” və “İnstagram” sosial şəbəkəsindəki daha əvvəl bağlanmış səhifələri yenidən açılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Facebook” accountunda bu yaxınlardakı iğtişaşların iştirakçılarına rəğbət ifadə olunduğu güman edilən son paylaşımlar silinib.

Bundan əvvəl “Facebook” Donald Trampın səhifələrinin ta vəzifədən getməsinədək bağlı qalacağı açıqlanmışdı. “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq D.Trampın sosial şəbəkə vasitəsilə yenidən tərəfdarlarına müraciət etməsi ehtimalının hələ də qaldığını irəli sürüb.

Xatırladaq ki, yanvarın 6-da Vaşinqtonda hazırkı prezident Donald Trampın tərəfdarları 3 noyabr seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz nümayişi keçirib, sonra da Konqres binasına hücum edərək keçirilən iclası pozublar. Baş verən iğtoşaçşlar nəticəsində iki nəfərin öldüyü bildirilir. Həmin hadisədən sonra Donald Tramın sosial şəbəkələrindəki bütün səhifələri bağlandı, “Twitter” səhifəsi hələ də açılmayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031