SON DƏQİQƏ

naxcivanxeberleri.com

“YouTube” Trampın hesabını dondurdu

“YouTube” Trampın hesabını dondurdu
13-01-2021, 13:49

“YouTube” video xidməti ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını azı bir həftəlik müddətə dondurub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə CNN videohostinqin təmsilçisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu yaxınlarda Trampın kanalında yerləşdirilən video şiddət tətbiqinə təhrik edib və bu səbəbdən də silinib. “YouTube” nümayəndəsi əlavə edib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.

Qeyd edək ki, bundan əvvəl “Twitter” və “Facebook” də Trampı şiddətə təhrik etməkdə günahlandıraraq onun hesablarının müddətsiz dondurulduğunu açıqlamışdı. Onların ardınca az tanınan sosial şəbəkələr də eyni addımı atıb.

Xatırladaq ki, yanvarın 6-da Tramp tərəfdarları Konqresin binasına hücum edərək parlamenti son seçkinin nəticələrinin təsdiqlənməli olduğu iclasa ara verməyə məcbur edib. Kapitoli iğtişaşları nəticəsində beş nəfər ölüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031