SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin Energetika və təbii sərvətlər naziri: Qarabağda qələbə iki ölkənin xeyrinə oldu

Türkiyənin Energetika və təbii sərvətlər naziri: Qarabağda qələbə iki ölkənin xeyrinə oldu
10-01-2021, 09:16

"Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsi Türkiyə xalqına təsvir oluna bilməyən bir sevinc bəxş etdi. "Bir millət, iki dövlət" deyimi var, bunu hər sahədə nümayiş etdirdik. Bunu son hadisələrdə də təsdiqlədik”.

NAXCİVANXEBERLERİ.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Ticarətin inkişafı üçün mühüm imkanlar əldə edəcəyik. Naxçıvandan Azərbaycana dəhliz bunlardan biridir.

Hələ konkret inkişaf yoxdur. Keçmişdə istifadə olunan bəzi nəqliyyat xətləri də var. Bunlar gündəmə gələcək. Hər baxımdan bu qələbə hər iki ölkənin xeyrinə oldu", - deyə Türkiyənin Energetika və təbii sərvətlər naziri əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31