SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Twitter" Trampın digər hesablardan istifadə cəhdlərinin qarşısını alacaq

"Twitter" Trampın digər hesablardan istifadə cəhdlərinin qarşısını alacaq
9-01-2021, 13:44

"Twitter" sosial şəbəkəsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabının bağlanması ilə əlaqədar digər hesablardan yazmaq cəhdlərinin qarşısını alacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Twitter"in bəyanatında deyilir.

Bununla belə, D.Trampın istifadə edə biləcəyi ABŞ prezidentinin rəsmi hesabı (@POTUS) və Ağ Evin rəsmi hesabı (@WhiteHouse) rəsmi hesabı bağlanmayacaq. Amma bu hesablara müvəqqəti məhdudiyyətin tətbiq olunacağı deyilib.

Qeyd edək ki, "Twitter" sosial şəbəkəsinin rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031