SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstəriblər

Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstəriblər
23-03-2019, 17:30

Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.

NAXCİVANXEBERLERİ.COM erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.

A.Ovannisyan qeyd edib: "Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar".

O qeyd edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.

Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 142
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930