SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Boeing” şirkətinə NÖVBƏTİ ZƏRBƏ - Milyardlıq müqavilə LƏĞV EDİLDİ

“Boeing” şirkətinə NÖVBƏTİ ZƏRBƏ - Milyardlıq müqavilə LƏĞV EDİLDİ
22-03-2019, 14:59

Daha bir beynəlxalq hava yolu şirkəti “Boeing”lə bağladığı müqavilədən imtina edib.

İndoneziyanın “Garuda İndoneziya” şirkəti “Boeing”ə verdiyi 49 ədəd “737 MAX” təyyarəsinin sifarişini ləğv edib.

“Garuda” rəsmiləri bu barədə “Boeing”ə rəsmi məktub göndərib.

Məlumata görə, müqavilənin dəyəri milyard dollar həcmində olub.

Qeyd edək ki, son 6 ayda “Boeing 737 MAX” modelli təyyarə iki dəfə qəza keçirib. Nəticədə 346 nəfər vəfat edib. 10 martda Efiopiyada 157 nəfərin öldüyü qəzadan sonra bütün dünyada bu təyyarələrin uçuşu ləğv edilib.

Xatırladaq ki, “737 MAX” modeli “Boeing” şirkətinin tarixində ən çox satılan təyyarə idi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031